Starlight S

43900 ₼
-6000 ₼
37900 ₼
Play Video

Rəng seçimləri

Parlaq Ağ Dərin Boz Qızılı Bej Elektrik mavi
Parlaq Ağ

*Rəng seçimləri avtomobilin həqiqi rəngindən bir qədər fərqli ola bilər

Pristine White Black

*Rəng seçimləri avtomobilin həqiqi rəngindən bir qədər fərqli ola bilər

*Rəng seçimləri avtomobilin həqiqi rəngindən bir qədər fərqli ola bilər

Qalereya

Xarici görünüşdə funksionallıq və dəqiqlik Mükəmməl dizayn, güclü ilk təəssürat Detallar güvən verir Premium rahatlıq, modern dizayn. Qara salon – zəriflik və gücün vəhdəti. Geniş interyer – istirahət və rahatlıq üçün yaradılıb Yeni nəsil platforma, 130 km elektrik yürüşü Ağıllı təhlükəsizlik sistemləri ilə hər an nəzarətdə olun. Wuling Starlight S – Qəzaya qarşı polad sərhəd Wuling Starlight S – Əhatəli hava yastığı sistemi Wuling Starlight S – İstilik və soyutma ilə yüksək komfort Panoramik tavan və geniş interyer – açıq məkan hissini yaşayın Premium səs sistemi və multimedia təcrübəsi

Xarici görünüşdə funksionallıq və dəqiqlik

Full LED optika, ağıllı sensorlar və avtomatik funksiyalarla təchiz edilmiş Starlight S, yalnız müasir görünüşü ilə yox, gündəlik rahatlığı ilə də seçilir.

Mükəmməl dizayn, güclü ilk təəssürat

Yüksək yerləşən ön fənərlər, avtomatik işıqlandırma sensorları və qabaqcıl aerodinamik xətlər Starlight S modelinə güclü, müasir və texnoloji ön görünüş qazandırır.

Detallar güvən verir

Yüksək yerləşən LED əyləc işığı, avtomatik açılıb-bağlanan yük bölməsi və dinamik arxa işıq dizaynı Starlight S modelinə həm funksionallıq, həm də cəlbedici görünüş bəxş edir.

Premium rahatlıq, modern dizayn.

Starlight S-in qəhvəyi salon seçimi klassik tərzi və müasir texnologiyanı bir araya gətirir. Yumşaq dəri oturacaqlar, geniş salon və 15.6 düymlük sensor ekranla hər an zövqlə keçəcək. Rahatlıq və zəriflik – eyni anda.

Qara salon – zəriflik və gücün vəhdəti.

Starlight S modelinin qara interyeri həm urban, həm də premium atmosfer yaradır. Yüksək keyfiyyətli materiallar, 15.6 düymlük mərkəzi ekran və sürücü yönümlü dizayn bu interyeri fərqləndirir.

Geniş interyer – istirahət və rahatlıq üçün yaradılıb

Starlight S-in salonu genişliyi ilə fərqlənir. Arxa oturacaqların çevik quruluşu sayəsində uzun yolçuluqlarda belə sərnişinlər özlərini sərbəst və rahat hiss edir. Bu avtomobil, hər anınızı dəyərli etmək üçün dizayn edilib.

Yeni nəsil platforma, 130 km elektrik yürüşü

Starlight S, həm şəhər içi istifadədə, həm də uzun məsafələrdə üstün enerji səmərəliliyi təqdim edən ağıllı hibrid platforma ilə təchiz olunub. 130 km tam elektrik yürüşü və ümumilikdə 1100 km-dən artıq məsafə ilə bu sistem sizi daha uzağa, daha qənaətlə aparır.

Ağıllı təhlükəsizlik sistemləri ilə hər an nəzarətdə olun.

Frontal toqquşma xəbərdarlığı və avtomatik əyləcləmə, adaptiv kruiz kontrol, zolaqda qalma asistenti, 540 dərəcə əhatəli kamera və yol nişanlarının tanınması funksiyası ilə sürüş daha təhlükəsiz və rahatdır.

Wuling Starlight S – Qəzaya qarşı polad sərhəd

Starlight S modelinin gövdəsi 6 halqalı gücləndirilmiş polad konstruksiya ilə hazırlanıb. Bu quruluş, toqquşma anında sərnişinlərin maksimum qorunmasına hesablanıb. 24 əsas nöqtədə 1500 MPa-lıq aero-kosmik sinifli isti formalaşdırılmış poladdan istifadə olunub. Bu texnologiya zərbəni yayaraq kabinənin deformasiyasının qarşısını alır.

Wuling Starlight S – Əhatəli hava yastığı sistemi

Sürücü və bütün sərnişinlər üçün ön, yan və pərdə tipli hava yastıqları ilə təchiz olunmuş Starlight S, qəza anında əhatəli müdafiə təmin edir. Təhlükəsizlik yalnız ön oturacaqlarla məhdudlaşmır – arxa sərnişinlər də eyni səviyyədə qorunur.

Wuling Starlight S – İstilik və soyutma ilə yüksək komfort

Starlight S modeli ön və arxa oturacaqlar üçün isidici funksiyası ilə təchiz olunub. Bundan əlavə, ön oturacaqlarda soyutma funksiyası da mövcuddur. Yayda sərin, qışda isti – hər fəsildə maksimum rahatlıq sizinlədir.

Panoramik tavan və geniş interyer – açıq məkan hissini yaşayın

Starlight S modelinin panoramik tavanı və geniş salonu sayəsində hər anınız daha işıqlı, daha rahat və daha dəyərli olur. İstər istirahət, istər səfər – bu interyer hər ehtiyacınıza cavab verir.

Premium səs sistemi və multimedia təcrübəsi

Starlight S modelindəki geniş sensorlu ekran və yüksək keyfiyyətli audio sistemi sayəsində səfərlər daha əyləncəli və rahat olur. Filmlər, musiqi, naviqasiya – hamısı bir toxunuş qədər yaxındır.
Eksteryer
İnteryer
Platforma & Bateriya
Təhlükəsizlik
Rahatlıq
Multimedia & Əyləncə

Xüsusiyyətlər

TEXNİKİ GÖSTƏRİCİLƏR +
ELEKTRİK MÜHƏRRİK & BATAREYA +
EKSTERYER +
İNTERYER +
TƏHLÜKƏSİZLİK +
RAHATLIQ +
MULTİMEDİA & ƏYLƏNCƏ +
Qiymət və zəmanət +
Kredit kalkulyatoru

Starlight S

Avtomobilin Dəyəri: 37900 AZN

İlkin ödəniş: 0 AZN

Bank xərci: 0 AZN

İlkin ödəniş (ümumi): 0 AZN

Sığorta haqqı: 0 AZN

DYP və İcbari ilə ilkin ödəniş: 0 AZN

Kredit Məbləği: 0 AZN

İllik Faiz: 20% AZN

Aylıq ödəniş: 0 AZN

Salondakı modellər

Starlight S

Starlight S

Salon qiyməti
Plug-in hibrid      1.5 l    215 a.g
Ətraflı bax
Starlight S

Starlight S

Salon qiyməti
Plug-in hibrid      0 l    a.g
Ətraflı bax

Wuling Starlight S – İntellektual Plug-in Hibrid SUV ilə Yeni Dövr

Wuling Starlight S, plug-in hibrid texnologiyası, müasir dizaynı və qabaqcıl təhlükəsizlik sistemləri ilə SUV seqmentində yeni standartlar müəyyən edir. 1.5L benzin mühərriki və 130 kWh gücündə plug-in hibrid sistemi ilə təchiz olunmuş bu model, yanacaq səmərəliliyi və dinamik performansı bir araya gətirir.

Ekoloji və Güclü Hibrid Mühərrik
Starlight S WLTC standartlarına uyğun olaraq cəmi 1.82 L/100 km yanacaq sərfiyyatı ilə həm ekoloji, həm də qənaətcil seçimdir. Elektrik mühərriklə 130 km məsafə qət etmək imkanı şəhər sürüşləri üçün idealdır. E-CVT transmissiyası və ön ötürücüsü isə hamar və stabil idarəetmə təcrübəsi təqdim edir.

Təhlükəsizlik və Avtomatlaşdırılmış İdarəetmə
Starlight S L2 köməkçi idarəetmə rejimi, tam sürətli adaptiv kruiz kontrol, irəli toqquşma xəbərdarlığı və zolaqda qalma yardım sistemi kimi qabaqcıl təhlükəsizlik texnologiyalarına malikdir. 360 dərəcə kamera görüntüsü və avtomatik parketmə sistemi sayəsində istənilən şəraitdə sürücüyə maksimum nəzarət və rahatlıq təqdim olunur.

Premium İnteryer və Rəqəmsal Texnologiyalar
Salon dəri oturacaqlar, elektriklə tənzimlənən sükan çarxı və panoramik lyuk ilə geniş və komfortlu mühit yaradır. 15.6 düymlük sensor ekran, Ling OS avtomobil idarəetmə sistemi, Bluetooth və Wi-Fi bağlantısı isə yüksək səviyyəli multimedia və əyləncə təcrübəsi təklif edir.

Wuling Starlight S, funksionallıq, təhlükəsizlik və innovasiyanı birləşdirən ən son nəsil plug-in hibrid SUV modelidir. Şəhər və magistral yollar üçün ideal həll olan bu model, ekoloji sürüşü və premium rahatlığı ilə seçilir.

Test Drive

Sınaq yürüşü

Buying Consultation

Online servis

Find Your Wuling

Kredit təklifi istə

Find A Dealer

Kredit kalkulyatoru